İran ABŞ-ın 15 bəndlik sülh planını rədd edib
25 Mart 18:25
25 Mart 18:25
25 Mart 13:39
9 Fevral 15:41
2 562
"ABŞ supergüc olaraq qlobal siyasətdə ciddi söz sahibidir və maraqlarını istədiyi şəkildə təmin edə bilir”.
“Bunu politoloq Əli Oruclu Xalqcebhesi.az-a açıqlamasında qeyd edib”.
Onun fikrincə, Tramp dönəmində ABŞ Venesuelaya və İrana hərbi müdaxilələr edib, bir sıra ölkələri isə daim təhdid və təzyiq altında saxlayır: “O, hədələyici və sərt üslubda danışmağı sevir. Hazırda Yaxın Şərq regionu müharibə təhlükəsi ilə üz-üzədir. İran ətrafında baş verən proseslər günü-gündən daha təhlükəli xarakter alır. ABŞ-nin cari il üçün müdafiə xərclərini təxminən 1 trilyon dollara qədər artırması da təsadüfi deyil. Bu vəsait təkcə ordunun gücləndirilməsi üçün yox, eyni zamanda yeni hərbi müdaxilələrin xəbərçisi kimi dəyərləndirilməlidir. Birləşmiş Ştatların ordusu bütün parametrlərinə görə dünyada liderdir və nüvə arsenalına görə yalnız Rusiyadan cüzi fərqlə geri qalır. Onun fikrincə, Ağ Ev rəhbərinin ABŞ və Rusiya arasında Strateji Silahların Azaldılması Müqaviləsinin uzadılmasına qarşı çıxması dünyada yeni “soyuq müharibə”nin və silahlanma yarışının başlanması deməkdir. START III Müqaviləsi yerləşdirilmiş strateji nüvə silahlarının qarşılıqlı şəkildə azaldılmasını nəzərdə tuturdu və həmin sənədə əsasən hər iki tərəf üçün nüvə başlıqlarının sayı 1550, daşıyıcı vasitələrin isə 700 ədədə qədər endirilməli idi. “Rusiyanın Ukraynaya hücumundan sonra Vladimir Putin 2023-cü ilin fevralında Rusiyanın bu müqavilədə iştirakını dayandırdığını elan etdi. Nüvə güclərinin bu cür addımları bütövlükdə planet üçün ciddi təhlükə yaradır”.
Onun sözlərinə görə, ABŞ rəhbərliyi yaxşı anlayır ki, Rusiyanın mövcud iqtisadi və siyasi vəziyyətində silahlanma və nüvə potensialını sürətlə artırmaq imkanları məhduddur: “Belə bir proqram həm çox bahalı, həm də uzunmüddətli prosesdir".
25 Mart 18:25
1 386
25 Mart 15:09
1 344
25 Mart 13:50
1 953