Antalya Forumu təhlükəsizliyə və qlobal ticarətin inkişafina çağırış oldu Gündəm

Antalya Forumu təhlükəsizliyə və qlobal ticarətin inkişafina çağırış oldu

Orta Şərqdə və həmçinin Cənubi Qafqazda hər zaman sabitliyi pozmaq istəyən qüvvələr olub və olacaq. Bu regionların strateji əhəmiyyəti, zəngin təbii ehtiyatları və digər faktorlar iddialı ölkələrin maraqlarını toqquşdurur. Regiona maraq göstərən bu ölkələrin ziddiyyətli münasibətləri, imperiya düşüncələrindən əl çəkməmələri bölgəyə təhdiddir.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Əkrəm Bəydəmirli deyib.

O, qeyd edib ki, beynəlxalq hüquqa etinasızlıq, BMT-nin gücsüz, dişsiz quruma çevrilməsi real vəziyyətin xeyli ağırlığından xəbər verir. Əgər diplomatiya arxa plana keçirsə, o zaman silahlar işə düşür.
Məhz belə məqamda V Antalya Diplomatiya Forumu baş tutdu.

Toplantıda region və həmçinin dünya üçün əhəmiyyətli təkliflər səsləndirildi. Əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu. Bu forum fikir bildirmək və mövcud vəziyyəti təhlil etmək üçün önəmli platforma idi:

"Müşahidələrimizə əsasən onu qeyd etmək olar ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı status -kvo və Ermənistanla münasibətlərin normallaşdırılması, ən əsası sülh modeli geniş auditoriyaya təqdim olundu. Qlobal ticarətin inkişafı və əsası təhlükəsizliyin davamlı təmin edilməsi ilə bağlı fikirlər səsləndi.

Xüsusilə,Türkiyənin xarici işlər naziri Hakan Fidan Antalya Diplomatiya Forumunun yekunlarına dair brifinqdə bildirdi: “Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması regiondakı bütün ölkələrin inkişafına töhfə verəcək”.

Təbii ki, Orta Şərqi qan gölünə çevirmək istəyən qüvvələrin öz iddialarından, regiona dəhşət saçan taktikalarında çəkindirmək üçün daha kəskin addımlara ehtiyac var. BMT-nin gücsüz duruma düşməsi, beynəlxalq hüququn başıqapazlı olması ABŞ-İsrail-İran müharibəsinin başa çatmasına imkan verməyəcək. Amma, lakin yeni mərkəzlərinin formalaşması belə qanlı toqquşmaları durdura bilər. Artıq elə güc mərkəzinin konturları sezilməkdədir.

Cavid