20 Aprel 11:48
1 330
Bazar ertəsi Pakistanın daxili işlər naziri Möhsin Nəqvi ABŞ-ın İslamabaddakı səfirliyində Amerikanın müvəqqəti işlər vəkili Natali Beyker ilə görüşüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "AP" agentliyi məlumat yayır.
Nəqvinin ofisindən verilən məlumata görə, görüş Pakistan-ABŞ münasibətlərinin gücləndirilməsinə və bu həftə İslamabadda keçirilməsi planlaşdırılan danışıqların ikinci raunduna hazırlıq məsələlərinə həsr olunub.
Bəyanatda danışıqların dəqiq nə vaxt başlayacağı qeyd olunmayıb.
Nəqvi təhlükəsizlik tədbirləri barədə Beykerə məlumat verərək bildirib ki, gələn nümayəndə heyətlərinin mühafizəsi üçün xüsusi mexanizmlər hazırlanıb.
«Hörmətli qonaqlarımızın təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görmüşük», — deyə Nəqvinin bəyanatında bildirilir.
Beyker Pakistanın regional gərginliyin azaldılmasındakı rolunu və dialoqun qurulması istiqamətindəki səylərini yüksək qiymətləndirib.
Məryəm Quliyeva