16:54
1 120
Hindistan Trampın ölkəni "cəhənnəm çuxuru" adlandırdığı məqalənin yenidən paylaşımına şərh verməkdən imtina etdi.
Xalqcebhesi.az xəbər verir ki, Hindistan Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın Cənubi Asiya respublikasını "planetin cəhənnəm çuxuru" adlandırdığı məqalənin yenidən paylaşımına şərh verməkdən imtina etdi.
"Bəzi məlumatlar gördük. Bununla kifayətlənəcəyəm", - deyə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Jaiswal brifinqdə məqalə ilə bağlı suala cavab olaraq bildirib.
Sözügedən məqalə Trampın Truth Social-da paylaşdığı məqaləyə istinad edir. Orada ABŞ-da doğum hüququ ilə vətəndaşlıq sistemini tənqid edən amerikalı radio aparıcısı Maykl Sevajdan sitat gətirilib. Məqalədə Sevaj Hindistan da daxil olmaqla bir neçə ölkəni "planetin cəhənnəm çuxuru" adlandırıb.
Məryəm Quliyeva