16:47
588
İsveçrə Tehrandakı səfirliyinin fəaliyyətinin mərhələli şəkildə bərpasına başlayıb; artıq əməkdaşların ilk kiçik qrupu İrana gəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Milli Şuranın (hökumətin) press-relizində deyilir.
"Bu həftədən etibarən İsveçrə səfirliyinin kiçik bir heyəti yenidən Tehrandadır. Texniki qrup dörd İsveçrə vətəndaşından ibarətdir və onlar səfirliyin fəaliyyətinin mərhələli şəkildə bərpasına hazırlıq görürlər", - deyə məlumatda qeyd olunur.
Qərar, təhlükəsizlik sahəsindəki vəziyyətin yeni təhlilinin nəticələrinə əsasən və "İran, eləcə də maraqlarını İsveçrənin təmsil etdiyi ABŞ ilə razılaşdırılaraq" qəbul edilib. Sənəddə bildirilir: "Tehrana qayıtmaqla İsveçrə yenidən ABŞ-ın hamisi (vəkil dövlət) funksiyalarını birbaşa İran ərazisindən yerinə yetirir. İki ölkə arasındakı ünsiyyət kanalı səfirliyin fəaliyyəti dayandırıldığı müddətdə də açıq qalıb".
Qeyd olunur ki, diplomatik nümayəndəliyin fəaliyyətinin tam bərpası İrandakı vəziyyətin inkişafından asılıdır. Konsulluq xidmətləri hələlik göstərilməyəcək. Səfirlik martın 11-də ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda fəaliyyətini müvəqqəti dayandırmışdı.
Məryəm Quliyeva