09:08
721
Latviya Ukrayna ilə birgə pilotsuz uçuş aparatlarının (PUA) istehsalı üzrə müəssisənin tikintisini elan edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Baş naziri Andris Kulberqs bəyan edib, onun sözlərini "LSM" portalı sitat gətirib.
Baş nazir əvvəlcə zavodun sərhədyanı ərazidə tikilməsini guya əhalinin məşğulluq problemləri və regionda iqtisadi fəallığı artırmaq ehtiyacı ilə izah etsə də, daha sonra vurğulayıb ki, Rusiya və Belarus sərhədində belə bir müəssisənin olması təhdidlər yarandığı təqdirdə tutucu dronları operativ şəkildə havaya qaldırmağa imkan verəcək.
Məryəm Quliyeva