Səudiyyə Ərəbistanında helikopter qəzasında azı 14 nəfər həlak olub
ABŞ-ın Bəhreyndəki hərbi bazasının bərpası 400 milyon dollara başa gələ bilər
İsrail erməni soyqırımının tanınması haqqında qətnamə qəbul edib
Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün ixtisas imtahanı keçirilib
16:07
581
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"ya məxsus helikopterin krallığın şərqindəki Ras-Tannura şəhərində qəzaya uğraması nəticəsində azı 14 nəfər həyatını itirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi Energetika Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
"Bazar günü "Saudi Aramco" şirkətinə məxsus helikopter Ras-Tannurada qəzaya uğrayıb. İnsident nəticəsində göyərtədə olan 14 nəfərin hamısı həlak olub, onların hər biri Səudiyyə Ərəbistanı vətəndaşı idi", — deyə mənbə bildirib.
Mənbənin sözlərinə görə, səlahiyyətli orqanlar aviaqəzanın səbəblərini müəyyənləşdirmək üçün araşdırmalara başlayıb.
Fars körfəzi sahilində yerləşən Ras-Tannura şəhərində "Saudi Aramco" şirkətinin neft emalı kompleksi, həmçinin dünyanın ən böyük dəniz neft yükləmə terminalı yerləşir.
Məryəm Quliyeva