10:29
826
İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" hərəkatının yeraltı kompleksini məhv edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Baş nazir Benyamin Netanyahu və ölkənin müdafiə naziri İsrael Kats məlumat verib.
"İsrail tərəfinin məlumatına görə, söhbət uzunluğu 200 metrdən, dərinliyi isə 25 metrdən çox olan tuneldən gedir. Obyekt Məcdəl Zun kəndi yaxınlığında yerləşirdi. İddia olunur ki, tuneldə İsrailə hücumlar üçün istifadə edilə biləcək bir neçə buraxılış şaxtası və yüzlərlə sursat olub", — deyə bəyanatdan "aif.ru" saytı sitat gətirir.
Netanyahu və Katsın bəyanatında qeyd olunur ki, İsrail tərəfi sözügedən əməliyyatdan əvvəl onun keçiriləcəyi barədə ABŞ-a və Vaşinqtonun Livandakı nümayəndəsinə qabaqcadan məlumat verib.
Məryəm Quliyeva
11:30
259
11:18
441
11:13
462