17:25
588
Böyük Britaniyanın Baş naziri Keyr Starmer gələcəkdə NATO-nun baş katibi olmaq imkanını nəzərdən keçirir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Observer" nəşri məlumat yayıb.
Nəşrin məlumatına görə, Şimali Atlantika Alyansının rəhbəri vəzifəsi 2028-ci ildə vakant olacaq.
Qeyd olunur ki, ayın əvvəlində keçirilən "G7" sammiti Avropa liderlərinin Britaniya baş nazirinə qarşı yüksək etimad və dəstək nümayiş etdirdiyini göstərib.
Nəşr həmçinin Starmerin mövqelərini gücləndirə biləcək amillər arasında onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə sıx təmaslarını da qeyd edir — liderlər müntəzəm olaraq telefon danışıqları aparırlar.
Bununla belə, NATO-nun baş katibi vəzifəsinə iddialı olmaq niyyəti barədə hələlik rəsmi bəyanat verilməyib.
Məryəm Quliyeva