Netanyahu: Ərdoğan İsraili məhv etməyə çağırır, məsələni ABŞ-la müzakirə edəcəyik Dünya

Netanyahu: Ərdoğan İsraili məhv etməyə çağırır, məsələni ABŞ-la müzakirə edəcəyik

İsrailin Baş naziri Benyamin Netanyahu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan gələn təhdidləri Vaşinqtonla müzakirə edəcəyinə söz verib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "The Times of Israel" nəşri yazır.

Netanyahu xatırladıb ki, Ərdoğan demək olar ki, hər gün İsrailin məhv edilməsinə çağırışlar edir.

"Biz bu sözlərə çox ciddi yanaşırıq, çünki xalqımızın tarixindən öyrəndiyimiz bir şey varsa, o da budur ki, kimsə sizi məhv etmək niyyətində olduğunu deyirsə, buna ciddi yanaşmaq lazımdır", — deyə İsrailin Baş naziri qeyd edib.

Məryəm Quliyeva