Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
Prezident İlham Əliyevin adından Türkiyə Prezidentinin şərəfinə rəsmi ziyafət verilib - FOTO
Azərbaycan və Türkiyə prezidentləri, birinci xanımlar təltif edilmiş hərbi qulluqçularla görüşüblər
İstanbulda “15 Temmuz” körpüsündə Azərbaycan bayrağı proyeksiya olunub
28 İyun 17:22
2 695
İraqın təhlükəsizlik qüvvələri tərəfindən korrupsiya ittihamı ilə 40-dan çox yüksək rütbəli məmur və deputat saxlanılıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İraqın INA informasiya agentliyi məlumat yayıb.
INA-nın məlumatına görə, ötən ayın sonundan bəri eyni ittihamla istintaq altında olan neft nazirinin müavini Ədnan əl-Cumaylinin ifadələri həbslərə əsas yaradıb. Agentliyin mənbəsi əlavə edib ki, "həbs olunanlar arasında parlament deputatları və hökumət rəsmiləri var". Hüquq-mühafizə orqanlarının şübhəli şəxs qismində tanıdığı deputatların toxunulmazlığının ləğv edildiyi bildirilir.
Agentlik qeyd edir ki, həm ölkənin paytaxtı Bağdadda, həm də əyalətlərdə, xüsusən də mərkəzi Vasit və ölkənin şimalındakı Ərbil əyalətlərində hakimiyyətin 47 nümayəndəsi həbs edilib. Polis həbs olunanların evlərində axtarış aparır.
İraq rəsmiləri korrupsiya işi ilə bağlı həbs kampaniyasının davam etdiyini bildiriblər. Bağdad rəhbərliyi vəd edir ki, "yaxın vaxtlarda neft və elektrik enerjisi nazirliklərindəki korrupsiya işi ilə bağlı yeni adlar açıqlanacaq".
Məryəm Quliyeva
7 Noyabr 14:12
1 456
7 Noyabr 14:03
1 386
7 Noyabr 12:12
1 379