11:30
693
Qətər Müdafiə Nazirliyi Rusiya Federasiyasının müdafiə idarəsi ilə böhran vəziyyətləri yarandıqda dərhal xəbərdarlıq edilməsini nəzərdə tutan birbaşa rabitə kanalının yaradılması haqqında anlaşma memorandumu imzalayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə əmirliyin Müdafiə Nazirliyi məlumat yayıb.
Bəyanatda qeyd olunduğu kimi, sənəd "böhranlar baş verdikdə dərhal xəbərdarlıq üçün birbaşa rabitə kanalının yaradılması və istismarı" məqsədilə imzalanıb.
Qətər tərəfindən memorandumu Dohanın Birgə Koordinasiya Xilasetmə Mərkəzinin rəis müavini, Hərbi Hava Qüvvələrinin briqada generalı Raşid əl-Hitmi imzalayıb. Rusiya Müdafiə Nazirliyi adından isə imzanı Rusiya Federasiyası Milli Müdafiəni İdarəetmə Mərkəzinin rəis müavini, vitse-admiral Viktor Kalqanov atıb.
Məryəm Quliyeva