10:04
1 267
Venesuelada baş vermiş iki zəlzələ nəticəsində həlak olanların sayı 1450 nəfərə yüksəlib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "France 24" telekanalı ölkənin Milli Assambleyasının sədri Xorxe Rodriqesə istinadən məlumat yayıb. Daha əvvəl hakimiyyət orqanları 1430 nəfərin öldüyünü bildirmişdi.
"El Comercio" nəşrinin yazdığına görə, Rodriqes həmçinin 3150 nəfərin yaralandığını qeyd edib, halbuki bir gün əvvəl Venesuela rəsmiləri bu rəqəmin 3238 olduğunu bəyan etmişdilər. Nəşr vurğulayır ki, Milli Assambleyanın sədri məlumatlardakı bu dəyişikliyin səbəbini izah etməyib.
Bu arada, təbii fəlakətdən 85 saat keçib və ən çox zərər çəkmiş bölgələrdən biri olan La Quayra ştatında xilasetmə əməliyyatı kritik mərhələyə qədəm qoyub. Təxminən 50 min nəfər hələ də itkin düşmüş hesab olunur.
Xilasedicilər kinoloqların və xüsusi avadanlıqların köməyi ilə dağıntılar altında qalan sağ insanları axtarmağa davam edirlər. Əməliyyata müxtəlif ölkələrdən 1600-dən çox xilasedici cəlb olunub.
Məryəm Quliyeva