Baqai: İran ABŞ ilə yeni danışıqlardan imtina etdi Gündəm

Baqai: İran ABŞ ilə yeni danışıqlardan imtina etdi

Aprelin 27-də mümkün görüşlə bağlı əvvəllər yayılan xəbərlərə baxmayaraq, İran ABŞ ilə yeni mərhələ danışıqlar aparmağı planlaşdırmır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Esmail Baqai özünün "X" səhifəsində bildirib.

Onun sözlərinə görə, İran tərəfi Pakistanla diplomatik təmaslara diqqət yetirib. Baqai qeyd edib ki, xarici işlər naziri Abbas Araqçi rəsmi səfərlə İslamabada gəlib və ölkə rəhbərliyi ilə danışıqlar aparacaq. Tehran ümid edir ki, Pakistanın vasitəçiliyi, İranın iddia etdiyi kimi, ABŞ tərəfindən məcburi şəkildə yaradılan gərginliyi dayandırmağa kömək edəcək və regionda sabitliyin bərpasına xidmət edəcək.

Baqai xüsusi olaraq vurğulayıb ki, hazırkı məqamda İran və ABŞ nümayəndələri arasında hər hansı bir görüş planlaşdırılmayıb və Tehranın mövqeyi Pakistan tərəfinə çatdırılacaq.

Məryəm Quliyeva