10:14
833
İran vasitəçilər vasitəsilə ABŞ-a üçmərhələli danışıqlar formulu ötürüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Al Mayadeen" telekanalı "X" sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunur ki, əgər Amerika tərəfi bu formulu qəbul edərsə, Tehran danışıqları məhz bu sxemə uyğun aparacaq.
Təklifə əsasən, danışıqların birinci mərhələsi müharibənin dayandırılmasına, həmçinin İran və Livana qarşı yeni hərbi əməliyyatlardan imtina edilməsinə dair zəmanətlərin alınmasına yönəlməlidir.
Əgər Vaşinqton birinci mərhələ ilə razılaşarsa, tərəflər növbəti addıma keçməlidirlər. Məqalədə deyilir ki, ikinci mərhələdə İran, ABŞ-İran münaqişəsi bitdikdən sonra "yeni hüquqi sistem yaratmaq üçün" Omanla koordinasiyalı şəkildə Hörmüz boğazının idarə olunması qaydalarını müzakirə etməyi təklif edir.
İslam Respublikasının nüvə proqramı ilə bağlı olan üçüncü mərhələyə keçid isə, yalnız birinci və ikinci mərhələlər üzrə tam razılıq əldə edildikdən sonra mümkün ola bilər.
Məryəm Quliyeva