"Soyqırım və deportasiya qurbanlarına dəstək" layihəsinin icrası uğurla davam edir Cəmiyyət

"Soyqırım və deportasiya qurbanlarına dəstək" layihəsinin icrası uğurla davam edir

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi "Soyqırım və deportasiya qurbanlarına dəstək" adlı layihənin icrasını uğurla davam etdirir.

Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin mətbuat xidmətindən xalqcebhesi.az-a verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən maliyyələşir. Layihənin icrasında Türkiyə Respublikası Bolqarıstan Türkəri Mədəniyyət və Xidmət Dərnəyi (BULTÜRK) və Özbəkistan Respublikasının “Yüksək səlahiyyət” təşkklatı tərəfdaş qismində iştirak edir.

Layihə fəaliyyəti çərçivəsində Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Bayrampaşa bələdiyyəsində, Mehmet Akif Ersoy Kültür və Senet Mərkəzində “Deportasiya qurbanlarının qayıdış imkanlarının reallaşdırılması istiqamətində beynəlxalq platforma” adlı Beynəlxalq Konfrans keçirilib. Konfransda Türk Dövləti Təşkilatlarına (TDT) üzv dövlətlərin və türkdilli xalqların dövlət və qeyri-dövlət qurumlarının təmsilçiləri, vətəndaş cəmiyyəti İnstitutlarının, diaspora nümayəndələri və mətbuat nümayəndələri iştirak edib. Konfrans Türkiyə və Azərbaycanın himnləri ilə açılıb və sonra tədbirdə İstanbul Bayrampaşa Bələdiyyəsinin Başqan vəkili İbrahim Akın, Bayrampaşa Kaymakanı Abdullah Çiftçi, MHP Byrampaşa İl Başqan yardımçısı Derin Bozoklu Abay protokol çıxışı ediblər. Məruzəçilər Azərbaycan və Türkiyə Cümhuriyyətinin dünyaya örnək olacaq qardaşlıq nüunəsi kimi qəbul etdiklərini söyləyiblər.

Sonra BULTÜRK Dərnəyinin başqanı Rafet Ulutürk qonaqları salamlayıb və layihə barədə iştirakçılara geniş məlumat verib. Rafet Ulutürk belə bir əhəmiyyətli konfransın İstanbulda baş tutmasını tarixi bir hadisə olaraq dəyərləndirib, əməkdaşlığa və təşkilatı dəstəyə görə Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinə, Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və bütünlükdə Azərbaycan dövlətinə səmimi minnətdarlığını bildirib. Layihənin əhəmiyyət barədə çıxış edən məruzəçi bu birliyin və əməkdaşlığın uzun və strateji hədəfli olmasını səsləndirin. Daha sonra Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyinin prezidenti İlqar Hüseynli geniş təqdimatla çıxış edib. O bildirib: “Azərbaycan Türk Dövlətləri Təşklatında önəmli rola malikdir, türk dövlətlərinin birliyinin genişlənməsi istiqamətində fəal işlər görür. Ölkənin aparıcı QHT-lərinin bu istiqamətdə ideya və fəaliyyətlərini dəstəkləyir. Bu gün ərəsəyə gəlmiş bu layihə də məhz Azərbaycan dövlətinin dəstəklədiyi ən uğurlu layihələrdən biri kimi qeyd olunmalıdır. Dünyada və regionda türkdilli xalqlara qarşı rus və erməni birləşmələri tərəfindən həyata keçirilən soyqırım və deportasiya siyasətinin beynəlxalq aləmə çatdırılmasının zamanıdır. Özəlliklə Azərbaycan və Çərkəz xalqlarına, o cümlədən digər türk dilli xalqlara qarşı aparılmış amansız soyqırımlarla bağlı geniş işlər aparılmalı və fəaliyyətlər dəstəklənməlidir”.

İlqar Hüseynli daha sonra bu istiqamətdə TDT üzv dövlətlərin QHT-lərinin əməkdaşlığının önəmini qeyd edərək bildirib ki, artıq TDT üzv dövlətlərin QHT Forumu Azərbaycanda təsis edilib və Bakıda iki Forum keçirilib. Eyni zamanda, Azərbaycan-Türkiyə QHT-lərinin əməkdaşlıq Forumu da keçirilib.

Daha sonra təşkilatın beynəlxalq məsələlər üzrə müavini Fərhad Qəşəmli ermənilər tərəfindən Qərbi Azərbaycandan deportasiya olunmuş azərbaycanlıların başına gələn soyqırım hərəkətləri barədə geniş təqdimat edib. Fərhad Qəşəmli qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı əsasında Qərbi Azərbaycan İcması yaradılıb və onun təklifləri əsaında beynəlxalq hüquq prinsiplərinə uyğun şəkildə “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi hazırlanıb. Təqdimat zamanı həm də “Qərbi Azərbaycana qayıdış konsepsiya” sənədi və onun beynəlxalq hüquq prinsipləri barədə konfrans iştirakçılarına geniş məlumatlar təqdim edilib. Təklif olunub ki, Azərbaycan tərəfinin hazırladığı sənəd soyqırıma məruz qalan digər türkdilli xalqlar üçün nümunəvi sənəd kimi istifadə edilsin.

Konfransda Pr.Dr Emir Fatih Akbulat “Çərkəz sürgünü və Soyqırımı” mövzusunda geniş təqdimat edib. O əsrlər boyu Rus imperiyasının Çərkəz xalqına qarşı törətdiyi vandalizm və soyqırım hadisələri barə tarixi faktları dilə gətirib, Azərbaycan QHT-ləri tərəfindən bu faciələrin gündəmə gətirilməsinə görə ölkəmizə minnətdarlığını ifadə edib. O, bu tədqiqatların davamlı olmasını səsləndirib.

Konfransın ikinci hissəsində araşdırmaçı alim Cahit Dak Türküstan soyqırımı,BULTÜRK Genel Sekretarı Aysu Akbaş Bolqarıstan türklərinin köç və soyqırım hadisələri, professor Saffet Erdem isə Balkanlarda soyqırım məsəslələri barədə təqdimatla çıxış ediblər.

Konfransda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin və türkdilli xalqların vahid soyqırım günün təsis edilməsi istiqamətində fikirlər səslənmiş və hamı tərəfindən razılıqla qarşılanıb.

Konfrans sertifikatların təqdimatı ilə sona çatıb.

Bildirək ki, layihə üzrə növbəti fəaliyyət soyqıdrıma məruz xalqların rəsm sərgisi ilə davam edib. Sərgidə Azərbaycana aid olan bölümdə Xocalı soyqırımını və Qərbi Azərbaycandan deportasiya və soyqırımları əks etdirən foto şəkillər yerləşdirilib. Sərgidə iştirak edənlər Azərbaycanlılara qarşı baş verən tarixi ədalətsizlikləri ürək ağrısı ilə izləyiblər.