13:34
1 127
İran sübh tezdən bir neçə pilotsuz uçuş aparatından istifadə etməklə Bəhreyn ərazisinə hücum edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
Bəhreyn İnformasiya Agentliyinin yaydığı bəyanatda qeyd olunur: "Xarici İşlər Nazirliyi sübh tezdən İran pilotsuz təyyarələrindən istifadə edilməklə ölkə ərazisinə olunmuş və Bəhreynin suverenliyinin kobud şəkildə pozulması, habelə vətəndaşların və sakinlərin təhlükəsizliyinə açıq təhdid törədən bu hücumu ən kəskin şəkildə pisləyir".
Məryəm Quliyeva