"Soyqırım və deportasiya qurbanlarına dəstək" layihəsinin icrası uğurla davam edir
Bəhreyn XİN: İran pilotsuz təyyarələri krallıq ərazisinə hücum edib
BƏƏ prezidentinin müşaviri Livan və İsrail arasındakı çərçivə sazişini alqışlayıb
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
12:33
651
İran XİN: ABŞ-ın hücumları 18 iyun memorandumunun pozulmasıdır
APA-nın Tehran bürosunun məlumatına görə, İran Xarici İşlər Nazirliyi ABŞ-ın bu gün axşam saatlarında ölkənin cənubundakı sahil nəzarəti obyektlərinə endirdiyi hava zərbələrini pisləyib və bunu BMT Nizamnaməsinin, eləcə də iyunun 18-də imzalanmış müharibənin dayandırılması haqqında memorandumun pozulması kimi qiymətləndirib. Nazirlik eyni zamanda İsrailin Livana eyni vaxtda həyata keçirdiyi hücumların da həmin razılaşmanın pozulması olduğunu bildirib.
Bəyanatda vurğulanıb ki, İran qanuni özünümüdafiə hüququ əsasında öz suverenliyini və təhlükəsizliyini qoruyur və İran Silahlı Qüvvələrinin ABŞ qüvvələri ilə əlaqəli hədəflərə endirdiyi zərbələr də bu çərçivədə həyata keçirilib. Həmçinin ABŞ və onunla əməkdaşlıq edən tərəflərin bu hadisələrin nəticələrinə görə məsuliyyət daşıdığı bildirilib.
İran Xarici İşlər Nazirliyi Fars körfəzinin cənub sahilində yerləşən ölkələri öz əraziləri və infrastrukturunun İrana qarşı istifadə olunmasına imkan verməməyə çağırıb. Nazirlik, həmçinin BMT-ni, Təhlükəsizlik Şurasını və digər beynəlxalq qurumları ABŞ-ın beynəlxalq hüququ pozduğu iddia edilən addımlarına qarşı tədbir görməyə çağırıb.