09:18
938
İyunun 28-dən 29-na keçən gecə baş verən kütləvi hücum zamanı hava hücumundan müdafiə (HHM) vasitələri Rusiya regionları üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 200-dən çox pilotsuz uçuş aparatını (PUA) vurub.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyanat yayıb.
Müdafiə idarəsindən verilən məlumata görə, gecə və səhər saatlarında HHM sistemi ümumilikdə 209 PUA-nı məhv edib. Rusiyanın 12 regionu hücuma məruz qalıb, onların arasında Rostov, Tver, Tula və Kaluqa vilayətləri, həmçinin Moskva regionu və Krasnodar diyarı var. Məhv edilmiş uçuş aparatlarının hamısı təyyarə tipli olub.
Müdafiə Nazirliyi yerdə hər hansı bir dağıntının olub-olmaması barədə məlumat verməyib.
Məryəm Quliyeva