Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir
17 Avqust 16:06
17 Avqust 16:06
17 Avqust 15:33
17 Avqust 14:07
17 Avqust 13:08
27 İyun 17:21
2 100
Kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə, AMEA-nın prezidenti İsa Həbibbəylinin dahi Azərbaycan şairi Nizami Gəncəvinin əlyazmasına münasibəti haqqındakı məlumatlar reallığı əks etdirmir.
Nizami Gəncəvinin AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan əlyazmasının həm cildi və həm də hər bir vərəqi xüsusi qoruyucu salafanlarla mühafizə edildiyindən həmin vərəqlərin orijinal mətninə toxunmaq mümkün deyildir. Onu da qeyd edək ki, bu əlyazmanın orijinal nüsxəsinin elektron versiyası İnstitutun fondunda mühafizə olunur.
Təəssüf hissi ilə qeyd etmək istəyirik ki, Əlyazmalar İnstitutunda keçirilmiş görüşün vaxtı məhdud olduğuna görə əlyazmadakı miniatürü tapıb göstərmək üçün bir qədər tələsikliyə yol verilmişdir. Əlyazmanın təqdimatının sonunda isə İsa Həbibbəyli Nizami Gəncəvinin şəxsiyyətinə, əlyazmasına, əsərlərinə özünün ali münasibətini xüsusi ritualla ifadə etdikdən sonra xarici qonaqlara təqdim etmişdir.
Nədənsə sosial media AMEA rəhbərinin Nizami Gəncəvinin şəxsiyyətinə, ölməz sənətinə bəslədiyi xüsusi ehtiramı ifadə edən həmin məqamları ixtisar edərək ictimaiyyətə çatdırmışdır.
İsa Həbibbəylinin “Nizami Gəncəvi: Azərbaycandan-dünyaya” kitabı Bakıda və Ankarada nəşr olunmuşdur.
Qeyd olunan videogörüntünü və fotoları ictimaiyyətə təqdim edirik:
17 Avqust 17:46
721
17 Avqust 17:24
721
17 Avqust 17:20
672