23 Oktyabr 14:25
23 Oktyabr 14:22
26 İyun 10:56
2 884
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə Sumqayıt bulvarında hərbi qulluqçuların təntənəli yürüşü və hərbi orkestrlərin nümunəvi çıxışları keçirilib.
"Report"un yerli bürosunun məlumatına görə Müzəffər Azərbaycan Ordusunun hərbi qulluqçuları marş sədaları altında addımlayarkən, hərbi orkestrlərin ifa etdiyi vətənpərvərlik ruhlu musiqilər tədbir iştirakçıları tərəfindən böyük maraq və gurultulu alqışlarla qarşılanıb.
Xatırladaq ki, yürüşlər və hərbi orkestr proqramları Sumqayıtla yanaşı, Bakı, Gəncə, Naxçıvan, Bərdə, Xankəndi, Laçın və Şuşa şəhərlərinin mərkəzi küçə, prospekt və meydanlarında da təşkil olunub.
23 Oktyabr 19:25
875
23 Oktyabr 16:23
903
23 Oktyabr 15:43
903










