Azərbaycan nefti bahalaşıb İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,3% və ya 0.99 dollar bahalaşaraq 77.37 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 76.38 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.