"Soyqırım və deportasiya qurbanlarına dəstək" layihəsinin icrası uğurla davam edir
Bəhreyn XİN: İran pilotsuz təyyarələri krallıq ərazisinə hücum edib
BƏƏ prezidentinin müşaviri Livan və İsrail arasındakı çərçivə sazişini alqışlayıb
Baltikyanı ölkələr Aİ-ni Rusiyadan neft idxalına qadağanı sürətləndirməyə çağırıb
26 İyun 11:27
1 589
ABŞ-a milyardlarla dollar zərər vurduğu bildirilən İran vətəndaşı Monteneqroda tutulub.
“Reuters“ in xəbərinə görə, ABŞ tərəfindən axtarışda olan 39 yaşlı İran vətəndaşı Monteneqro polisi və Federal Təhqiqat Büsrosu tərəfindən birgə əməliyyat nəticəsində ölkənin kurort şəhəri Kotorda həbs edilib.
Onun həm İran, həm də Türkiyə vətəndaşlığı olub.
Monteneqro polisindən bildirilib ki, şübhəli şəxs 2013-cü ildən etibarən ABŞ-da 150-dən çox universiteti hədəf alan genişmiqyaslı kiberhücumlar həyata keçirib, bu hücumlar nəticəsində dəyən zərərin 3,4 milyard ABŞ dollarından çox olduğu təxmin edilir.
Polisin məlumatına görə, oğurlanmış məlumatlar və ələ keçirilmiş universitet hesablarına giriş imkanları SEPAH və onunla əlaqəli qurumların, o cümlədən universitetlərin xeyrinə istifadə olunub.