Yaponiya Hörmüzdən yan keçir: BƏƏ ilə strateji neft razılaşması Gündəm

Yaponiya Hörmüzdən yan keçir: BƏƏ ilə strateji neft razılaşması

Yaponiya hökuməti Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilə 20 milyon barel həcmində əlavə neft tədarükü barədə razılıq əldə edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Nikkei Asia" nəşri məlumat yayıb.

Tədarüklər Oman körfəzindəki Füceyrə limanı vasitəsilə həyata keçiriləcək. Bu isə vəziyyətin son dərəcə gərgin qaldığı Hörmüz boğazından yan keçməyə imkan verir.

Füceyrə limanı BƏƏ-nin neft yataqları ilə boru kəməri vasitəsilə birləşdirilib. Bu xüsusiyyət onu Hörmüz boğazı vasitəsilə ənənəvi dəniz daşımalarına məhdudiyyətlər qoyulduğu şəraitdə neft ixracı üçün əsas alternativ marşrut halına gətirir.

Məryəm Quliyeva