Hakerlər ABŞ HHQ-nin "Cloud One" bulud platformasını sındırıblar
27 Noyabr 16:42
27 Noyabr 16:42
27 Noyabr 14:34
11:25
224
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycandan xarici bazarlara 6 milyon 118 min ABŞ dolları dəyərində 691.9 ton çay ixrac edilib.
“APA-Economics” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, çay ixracı 2025-cü ilin ilk 10 ayı ilə müqayisədə dəyər ifadəsində 12,2%, həcm ifadəsində isə 16,1% artıb.
Hesabat dövründə ölkəyə 74 milyon 637 min ABŞ dolları dəyərində 12 min 611.6 ton çay idxal edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər ifadəsində 4,8%, həcm ifadəsində isə 8,8% artım deməkdir.
Qeyd edək ki, cari ilin yanvar-oktyabr aylarında çayın 1 kiloqramının orta ixrac qiyməti 8.8 manat, orta idxal qiyməti isə 5.9 manat təşkil edib.
Həmin dövrdə Azərbaycanda 9 366.3 ton çay istehsal edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azdır. Noyabrın 1-i vəziyyətinə sənaye müəssisələrinin anbarlarında hazır məhsul ehtiyatı 180.5 ton təşkil edib.
27 Noyabr 17:54
952
27 Noyabr 16:47
945
27 Noyabr 16:25
994