14:59
280
Türkiyə jandarması və prokurorluğu ölkənin 29 vilayətində İŞİD-ə qarşı antiterror əməliyyatları keçirib.
Xalqcebhesi.az xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, əməliyyatlar nəticəsində 84 nəfər saxlanılıb.
Nazirliyin bildirdiyinə əsasən, şübhəlilər terror təşkilatına üzvlükdə, sosial şəbəkələrdə onun təbliğatını aparmaqda, eləcə də İŞİD-lə əlaqəli strukturlar və qondarma xeyriyyə təşkilatları vasitəsilə maliyyələşdirmə həyata keçirməkdə ittiham olunurlar.
Məryəm Quliyeva