Xameneinin müşaviri: Bağdad sərhəd məsələsində Trampın alətinə çevrilməməlidir Dünya

Xameneinin müşaviri: Bağdad sərhəd məsələsində Trampın alətinə çevrilməməlidir

Bağdad İslam düşmənlərinin və ABŞ Prezidenti Donald Trampın siyasətinin əlində alətə çevrilməmək üçün sərhəd məsələsində ayıq-sayıq olmalıdır.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İranın ali liderinin müşaviri Məhəmməd Möhbər bildirib.

"İran ən ağır günlərdə bütün gücü ilə İraq xalqının yanında olub və dostluğunu sübut edib. Bu qırılmaz bağ Bağdadın İslam düşmənlərinin əlində alət olmaması və cinayətkar Trampın siyasətinə uymaması üçün sərhəd məsələsində ayıq-sayıq olmasını tələb edir", - deyə o, "X" sosial şəbəkəsində yazıb.

Bu həftənin əvvəlində İraq hakimiyyəti İranla sərhəddə yerləşən və İraq Kürdüstanı hökumətinin idarəçiliyində olan "Paşta" buraxılış məntəqəsini, eləcə də bir neçə qeyri-rəsmi sərhəd keçidini bağlayıb. Bağdad bu tədbirləri qaçaqmalçılıqla mübarizə ilə izah edir.

Məryəm Quliyeva