17:54
217
Azərbaycan ilə BMT arasında sahibkarlığın və insan kapitalının inkişafı sahələrində birgə layihələrin tətbiqi imkanları müzakirə edilib.
Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov sosial şəbəkə hesabında qeud edib.
"BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Dmitro Şlapaçenko ilə görüşdük. Azərbaycan ilə BMT arasında dayanıqlı inkişaf sahəsində əməkdaşlığın mövcud vəziyyətini və növbəti mərhələ üçün prioritet istiqamətləri nəzərdən keçirdik. İqtisadi şaxələndirmə, yaşıl iqtisadiyyata keçid, rəqəmsal transformasiya, sahibkarlığın və insan kapitalının inkişafı sahələrində birgə layihələrin imkanları barədə fikir mübadiləsi apardıq," - deyə nazir bildirib.
16:47
455
16:25
511
10:35
700
