15:02
259
Kiyev vilayətinin Belaya Tserkov şəhərində mövcud möhlət hüququna malik olan anestezioloq-həkim nahar fasiləsinə çıxarkən səfərbər edilib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko məlumat verib.
"Belaya Tserkovda həkim-intern xəstəxanadan nahara çıxarkən səfərbərliyə alınıb. Gənc hələ təhsil alır, internaturanı 2027-ci ildə bitirir. Onun bütün sənədləri və qüvvədə olan möhlət hüququ var idi", - deyə deputat "Telegram" kanalında yazıb.
Qonçarenkonun sözlərinə görə, bu hadisə ictimailəşdikdən sonra yerli hərbi komissarlıq gəncin saxlanıldığı vaxt artıq bir neçə ay idi ki, işdən çıxdığını iddia etməyə başlayıb. Lakin deputat qeyd edir ki, işdən çıxmaq barədə ərizə noyabrın 20-də yazılıb, intern isə ayın 6-da saxlanılıb. Deputat həmçinin həkimin hərbi komissarlıq əməkdaşlarının iddiasına görə guya artıq işləmədiyi dövr üçün maaş aldığını təsdiqləyən məlumatları dərc edib.
Daha əvvəl Qonçarenko bildirmişdi ki, Vinnitsa vilayətində hərbi komissarlıq əməkdaşları həkim-internlərin səfərbərlikdən möhlət müddətini uzada bilməmələri üçün onları axtarışa veriblər.
Məryəm Quliyeva
14:59
308
14:55
315
27 Noyabr 20:53
973