14:55
231
SEPAH-ın Aerokosmik Qüvvələri (İran Silahlı Qüvvələrinin elit bölmələri) üç yeni PUA-nın - dronlara qarşı mübarizə üçün bir aparatın və yaxın məsafədə düşmənə zərbə endirmək üçün iki kamikadze dronun (gəzən sursat) hazırlanmasını və istehsalını təşkil edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, söhbət hava hücumundan müdafiə (HHM) və dronlarla mübarizə üçün nəzərdə tutulmuş "Sayə" ("Kölgə") kvadrokopterindən, avtonom uçuş imkanına malik "Qasedak" ("Zəncirotu") kiçik gəzən sursatından, eləcə də Amerikanın "Switchblade 300" aparatına bənzəyən "miniatür gəzən sursatdan" gedir.
"Tasnim" qeyd edir ki, bu PUA-lar taktiki quru bölmələrinin ehtiyaclarını, eləcə də yaxın məsafələrdə kiçik dronlardan gələn artan təhlükəyə qarşı HHM tapşırıqlarını əhəmiyyətli dərəcədə qarşılamaq gücündədir.
Məryəm Quliyeva