BƏƏ İrandan atılan raket və dronların ələ keçirildiyini açıqlayıb Gündəm

BƏƏ İrandan atılan raket və dronların ələ keçirildiyini açıqlayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Müdafiə Nazirliyi İrandan atılan raket və pilotsuz uçuş aparatlarının (PUA) qarşısının alındığını bildirib.

Xalqcebhesi.az xəbər verir ki, müdafiə nazirliyinin "X" sosial şəbəkəsində yayımlanan bəyanatında deyilir:

"Hazırda Əmirliklərin Hava Hücumundan Müdafiə vasitələri İrandan atılan raket və dron hücumlarını dəf edir."

Nazirlik həmçinin təsdiqləyib ki, ölkənin müxtəlif rayonlarında sakinlərin eşitdiyi partlayış səsləri HHM sistemlərinin ştat rejimində fəaliyyətinin nəticəsidir.

Məryəm Quliyeva