09:14
966
ABŞ Prezidenti Donald Tramp bazar ertəsi bildirib ki, İranla müharibəyə son qoyacaq sazişi razılaşdırmağa çalışdığı bir vaxtda, o, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyaya İsraillə münasibətləri normallaşdırmaq üçün kütləvi şəkildə "İbrahim sazişləri"nə qoşulmaq çağırışı edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
Pakistan bu təklifi rədd edib. Digər ölkələrdən heç biri hələlik Trampın tələbinə ictimai şəkildə reaksiya verməyib, həmçinin Qəzza zolağındakı hərbi əməliyyatların miqyası səbəbindən bu müsəlman dövlətlərində İsrailə qarşı ictimai inamsızlığın yüksək olduğunu nəzərə alsaq, müsbət cavabın verilməsi ehtimalı olduqca azdır.
"Pakistanın bu cür hər hansı bir tələbi yerinə yetirmək öhdəliyi yoxdur", — deyə mənbə vurğulayib.
Məryəm Quliyeva