10:33
539
“Məlumdur ki, dövlət büdcəsinin əsas gəlirləri neftdən gələn gəlirlər hesabınadır. Neftdən gələn gəlirlər hesabına ölkə iqtisadiyyatı, formalaşan ölkələr hər zaman devalvasiya riskinin bir addımlığındadır. Bitmək bilməyən qlobal iqtisadi problemlər, çəkişmələr, geosiyasi gərginliklər zamanı neft-qaz sahəsinin gəlirliliyində dalğalanma yaradır”.
Bunu xalqcebhesi.az-a açıqlamasında iqtisadçı ekspert Günay Hüseynova deyib.
O bildirib ki, bundan əlavə modern iqtisadiyyat artıq təbii ehtiyatlara gərək duymadan, ekoloji təmiz, həmçinin alternativ gəlir yaradan sahələrə ehtiyac duyur: “Məhz sadalananların nəticəsi olaraq da ölkəmiz artıq yaşıl enerji ixracatına başlayacaq. Yaşıl enerjinin ixracatı təbii ki, neftdən, qazdan tamamilə imtina edib bu sahəyə yönəlmək demək deyil”.
G.Hüseynovannın sözlərinə görə, eyni zamanda, sektorla əlaqəli olaraq qaz hasilatı artırılıb ixrac potensialı yüksəldiləcək: “Əgər qeyd edilən proqnozlar tam da təxmin edilən nəticəni verərsə, yaşıl enerji sektorunda ixrac daha da genişlənərək bu sahədə Avropa və bir sıra ölkələrlə ticari əməkdaşlıq olacaq. Məlumdur ki, yaşıl enerji sektoru ilə bağlı işlər yüksək məbləğdə vəsait tələb edir. Düşünürəm ki, sahənin inkişafı və gələcək perspektivləri üçün xarici investorlarla əməkdaşlıq iqtisadi fayda təşkil edəcək”.
Röya İsrafilova