Moskva Bakı və İrəvana sülh müqaviləsinin Rusiyada imzalanmasını təklif etdi
İran ABŞ-dan dondurulmuş aktivlərinin yarısının dərhal qaytarılmasını tələb edir
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir
Kazım Qaribabadi: Hörmüz boğazında göstərilən xidmətlərə görə ödəniş alınacaq
16:20
574
İran və ABŞ arasında yekun saziş variantı üzərində işlər davam edir.
Xalqcebhesi.az xəbər verir ki, bunu İslam Respublikasının xarici işlər nazirinin müavini Kazem Qəribabadi bəyan edib.
"Sazişin mətnini yalnız o zaman yekun hesab etmək olar ki, biz nəticədən razı qalaq. Müddətlərə gəlincə, burada konkret tarixlər deyə bilmərəm. Biz mətni elə tamamlamaq niyyətindəyik ki, o, bizim maraqlarımıza cavab versin", — deyə o bildirib.
"ABC News" telekanalının məlumatına görə, ABŞ Vaşinqton və Tehran arasındakı ilkin saziş çərçivəsində İranın nüvə məsələlərinə dair yazılı təminatlar verməsini tələb edir.
ABŞ və İran arasındakı danışıqların əsas mövzusu atəşkəs rejimini rəsmən uzatmalı, Hörmüz boğazının tədricən açılmasını təmin etməli və İranın nüvə proqramı üzrə növbəti müzakirələr üçün müvəqqəti çərçivə müəyyən etməli olan qarşılıqlı anlaşma memorandumudur.
Məryəm Quliyeva