10:39
1 155.jpg)
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Yunanıstan sularında tapılan Ukraynaya məxsus dəniz pilotsuz aparatı məsələsini qaldırıb və Vladimir Zelenskiyə hərbi əməliyyatların döyüş zonasından kənara genişləndirilməsinə yol verilməməsinin vacibliyi barədə xəbərdarlıq edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Euractiv" portalı məlumat yayıb.
Portalın məlumatına görə, Mitsotakis Brüsseldə keçirilən AB sammiti çərçivəsində Zelenski ilə görüşüb və baş vermiş insidentlə bağlı məsələni müzakirəyə çıxarıb.
May ayında "Skai" telekanalı məlumat vermişdi ki, yunanıstanlı balıqçı İon dənizindəki Lefkada adası yaxınlığında, bir mağarada mühərriki işlək vəziyyətdə olan və daxilində çoxlu miqdarda partlayıcı maddə daşıyan Ukraynanın "Magura V5" tipli pilotsuz katerini aşkar edib. Telekanalın məlumatına görə, mütəxəssislərin rəyləri ondan ibarətdir ki, pilotsuz aparat "Rusiya limanından yanacaq götürmüş gəmiyə hücum etmək üçün" istifadə oluna bilərdi. Yerli medianın müxtəlif məlumatlarına görə, dronun daxilində 100-dən 300 kq-a qədər partlayıcı maddə olub və həmin maddə istehkamçılar tərəfindən götürülərək məhv edilib.
Mayın 18-də Yunanıstan qeyri-rəsmi şəkildə Ukraynanı pilotsuz aparatın tapılması barədə məlumatlandırıb, iyunun 3-də isə şifahi və yazılı formada nota ünvanlayıb. İyunun 6-da Kiyev rəsmi şəkildə üzrxahlıq edib.
Məryəm Quliyeva