Atəşkəs pozuldu: SAXAL Livanın cənubunda hərbi əməliyyatları davam etdirir Gündəm

Atəşkəs pozuldu: SAXAL Livanın cənubunda hərbi əməliyyatları davam etdirir

İsrail Müdafiə Ordusu (SAXAL) bu təşkilatın yaraqlıları tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulmasına cavab olaraq, gecə saatlarında zərbələr endirib və Livanın cənubunda şiə "Hizbullah" hərəkatının hədəflərinə hücumları davam etdirir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"Hizbullah" tərəfindən atəşkəs rejiminin dəfələrlə pozulmasından sonra SAXAL bütün gecəni zərbələr endirib və Livanın cənubundakı bir neçə rayonda "Hizbullah" terrorçularını və terror obyektlərini vuraraq hədəflərə hücum etməkdə davam edir", — deyə bəyanatda bildirilir.

Məryəm Quliyeva