İran MAQATE müfəttişlərini öz nüvə obyektlərinə dəvət etməyə hazırlaşır Gündəm

İran MAQATE müfəttişlərini öz nüvə obyektlərinə dəvət etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Trampın sülhməramlı missiyalar üzrə xüsusi elçisi Stiv Vitkoff amerikalı qanunvericilərə bəyan edib ki, İran MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) müfəttişlərini öz nüvə obyektlərinə buraxmaq niyyətindədir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə ABŞ-nin "Associated Press" (AP) informasiya agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinin bildirdiyinə görə, Vitkoff bu barədə cümə axşamı günü ABŞ Konqresinin üzvlərinə jurnalistlər üçün qapalı formatda keçirilən brifinqdə məlumat verib. Materialdan məlum olur ki, Amerika liderinin xüsusi elçisi ABŞ qanunvericilərinə "İranın öz nüvə obyektlərini yoxlamaq, həmçinin Tehranın əlində olan zənginləşdirilmiş materialların olduğu yerlərin müəyyənləşdirilməsi və açıqlanması üzrə işlərə başlamaq üçün atom enerjisi sahəsində nəzarəti həyata keçirən BMT agentliyini dəvət edəcəyini" söyləyib.

Vitkoff dəqiqləşdirib ki, MAQATE əməkdaşlarının İran obyektlərinə buraxılması Vaşinqton və Tehran arasındakı anlaşma memorandumunda nəzərdə tutulmayıb. Lakin xüsusi elçinin sözlərinə görə, bu addım İran tərəfinin MAQATE-yə ünvanlanmış hazırladığı məktubda qeyd olunub.

Məryəm Quliyeva