21:05
812
“Amerika Birləşmiş Ştatları faktiki olaraq İran dəniz limanlarının blokadasını aradan qaldırıb və Tehran ticarət gəmilərinin Hörmüz boğazından keçməsinə icazə verməyə başlayıb”.
Bunu Ağ Evdə keçirilən mətbuat konfransında ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens deyib.
"ABŞ Mərkəzi Komandanlığı ondan çox gəminin dəniz blokadasından keçməsinə icazə verib. Beləliklə, biz də razılaşmanın öz payımıza düşən hissəni yerinə yetiririk", - Vens əlavə edib.
Vens bundan başqa ABŞ-ın İran yaxınlığında hərbi mövcudluğunun azaldılmasının da razılaşmanın bir hissəsi olduğunu bildirib.
"Bu, yekun razılaşmadır. Bu halda, qoşunlarımızın səviyyəsini də münaqişədən əvvəlki səviyyəyə endirəcəyik. Yəni orada əlavə aviadaşıyıcı zərbə qrupları saxlamayacağıq", - Vens vurğulayıb.
21:28
644
21:17
721
20:04
903