Misirli diplomat idmançıları hava limanında qarşılayıb İdman

Misirli diplomat idmançıları hava limanında qarşılayıb

Misir Ərəb Respublikasının Azərbaycandakı səfiri Houssam Eldine Redanın tapşırığı ilə Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin müdiri Prof. Dr. Tarek Aboul Fotouh Misirin 3x3 (FİBA 3x3) qadınlardan ibarət milli komandasınının üzvlərini,

Hager Amer, Nadine Selaawi, Hala El Shaarawy, Habiba El Ghezawy və komandanın baş məşqçisi Amr Assemi H. Əliyev adına Beynəlxalq hava limanında qarşılayıb.

Professor onlara qarşıdakı oyunlarda uğurlar arzu edib və basketbolçuların ən yüksək səviyyədə çıxış edərək müsbət nəticələr əldə edəcəklərinə əmin olduğunu vurğulayıb.

Cavid