10:10
1 134
Gəmiçilik şirkətlərinin sahibləri ABŞ və İran arasındakı razılaşmanın Tehran tərəfindən Hörmüz boğazında gəmilərin keçidi üçün ödəniş tətbiq edilməsi ilə nəticələnəcəyindən ehtiyat edirlər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, gəmi sahibləri hesab edirlər ki, ABŞ və İran arasındakı razılaşmaların mətni "60 gündən sonra Hörmüz boğazından istifadəyə görə ödənişin tətbiq edilməsinə və əvvəllər pulsuz olan bu su yolu üçün yeni rejimin müəyyən olunmasına yol açır". Materialda qeyd olunur ki, razılaşmanın şərtlərinə əsasən, İran boğazın "gələcək idarəetməsi və dəniz xidmətləri barədə" Oman və digər Fars körfəzi dövlətləri ilə danışıqlar aparacaq.
Lakin FT-nin məlumatına görə, boğazdan keçid üçün ödəniş tətbiq etmək barədə hər hansı bir cəhd "Fars körfəzi dövlətlərinin, xüsusən də Səudiyyə Ərəbistanı və BƏƏ-nin, eləcə də boğazın beynəlxalq su yolu statusunun qorunub saxlanılmasında israr edən gəmiçilik sahəsi təşkilatlarının qətiyyətli müqaviməti ilə" qarşılaşacaq.
Məryəm Quliyeva