ABŞ-da Müstəqillik Günü şənlikləri zamanı 400-dən çox insan saxlanılıb Gündəm

ABŞ-da Müstəqillik Günü şənlikləri zamanı 400-dən çox insan saxlanılıb

Nyuport-Biç (Kalkiforniya ştatı) hüquq-mühafizə orqanları ABŞ-ın Müstəqillik Günü qeyd olunarkən son 36 saat ərzində 400-dən çox insanı saxlayıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Los Angeles Times" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, yerli hakimiyyət orqanları bayram tədbirləri ərəfəsində hüquq pozuntularına qarşı sıfır tolerantlıq siyasəti elan etmişdi. İyulun 4-ü axşam saatlarında şənliklər küçə davaları, oğurluqlar, yol nişanlarının zədələnməsi və qanunsuz atəşfəşanlıqların təşkili ilə müşayiət olunan iğtişaşlara çevrilib.

Qəzetin yazdığına görə, saxlanılanların əksəriyyəti gənclərdir. Üstəlik, onların çoxu yerli sakinlər deyil. Saxlanılanların böyük bir hissəsi atəşfəşanlıq barədə məlumatların daxil olduğu yerli çimərlikdə ələ keçirilib.

Məryəm Quliyeva