Rütte: NATO sammitində İran ətrafındakı vəziyyət müzakirə olunacaq Gündəm

Rütte: NATO sammitində İran ətrafındakı vəziyyət müzakirə olunacaq

Ankaradakı NATO sammitinin iştirakçıları çərşənbə günü İran ətrafındakı vəziyyəti müzakirə etməyi planlaşdırırlar.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə alyansın Baş katibi Mark Rütte təşkilata üzv ölkələrin dövlət və hökumət başçılarının iştirakı ilə keçiriləcək plenar sessiyanın başlamasından əvvəl məlumat verib.

"Bu gün biz İran məsələsini müzakirə edəcəyik. İran heç vaxt nüvə silahına sahib olmamalıdır. Mən gözləyirəm ki, bu gün müttəfiqlər İranın Hörmüz boğazını tamamilə açmalı olduğunu təsdiqləyəcəklər", - deyə Rütte bildirib.

Məryəm Quliyeva