14 İyul 15:25
Slovakiya Prezidenti Füzuli aeroportundan təyyarə ilə Bakı şəhərinə yola düşüb
Xairici ölkələrdə hərbi təhsil almaq istəyən abituriyentlər üçün "Açıq qapı" günü keçiriləcək
ABŞ Prezidenti: Körfəz ölkələri Hörmüz boğazında ödəniş tətbiqinə qarşı çıxıb
Tramp: ABŞ hərbçilərinin İraqda yerləşdirilməsinə artıq ehtiyac yoxdur
8 İyul 15:34
2 079
Ukrayna PUA-ları cəbhədən 1500 km-dək məsafədə yerləşən Rusiya regionlarına və neft zavodlarına zərbələr endirib.
Xalqcebhesi.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna qüvvələrinin Saratov vilayəti, Tatarıstan, Başqırdıstan və Voronej vilayətindəki obyektlərə zərbələr endirdiyini bəyan edib.
"Ukrayna Rusiyanın ölkəmizə endirdiyi zərbələrə və müharibəni uzatmasına tamamilə ədalətli şəkildə cavab verir.
Bu gün bizim uzaqmənzilli vasitələrimiz Saratov vilayətinə, Tatarıstana və Başqırdıstana — yəni cəbhə xəttindən təxminən 800, 1400 və 1500 kilometr məsafəyə çatdı. Həmçinin sərhədimizdən təxminən 300 kilometr aralıda yerləşən Voronej vilayətinə.
Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin və Xüsusi Əməliyyat Qüvvələrinin, SBU-nun (Ukrayna Təhlükəsizlik Xidməti) və kəşfiyyatlarımızın döyüşçülərinə dəqiqliyə görə təşəkkür edirəm.
Saratov neft emalı zavodu vurulub. Xüsusi Əməliyyat Qüvvələrinin döyüşçüləri isə Tatarıstandakı neft emalı zavodunu vurublar.
Rusiyalılar dövlətlərinin bu müharibəni apardığını hiss etməlidirlər. Ukraynanın müdafiəsinə kömək edən hər kəsə təşəkkür edirəm!", — deyə Zelenski qeyd edib.
Məryəm Quliyeva
14 İyul 21:56
1 372
14 İyul 21:01
1 295
14 İyul 20:44
1 477