UKMTO: Oman sahillərində vurulan gəmidə yanğın baş verib Gündəm

UKMTO: Oman sahillərində vurulan gəmidə yanğın baş verib

Oman sahili yaxınlığında, Qumzardan 8 dəniz mili şimal-qərbdə yerləşən gəmidə yanğının baş verməsinə mərminin dəyməsi səbəb olub.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələri yanında Dəniz Ticarət Əməliyyatları Koordinasiya Mərkəzi (UKMTO) tərəfindən yayımlanan yenilənmiş məlumatda bildirilir.

"Şirkətin təhlükəsizlik üzrə məsul əməkdaşının təsdiq etdiyi kimi, gəmi naməlum mərmilə vurulub. Heyət üzvləri təhlükəsiz şəkildə gəmini tərk ediblər və yedək gəmisi tərəfindən xilas olunublar. Yanğın hələ də söndürülməyib və gəmi hazırda axın boyunca sürünür", — deyə koordinasiya mərkəzindən dəqiqləşdirilib.

Gəminin növü və heyətin sayı barədə məlumat verilmir.

Məryəm Quliyeva