COVID-ə yoluxanlara yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib
Akkreditasiya Şurası ali təhsil müəssisələri və təhsil proqramları üzrə qərarlar qəbul edib
Baş Prokurorluğun sorğusu üzrə axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib
Dələduzluq ittihamı ilə axtarışa verilən şəxs Özbəkistandan Azərbaycana ekstradisiya edilib
16:49
672
ABŞ prezidenti Donald Trampın İranın güman edilən yeni nüvə obyekti barədə bəyanatları əsassızdır və bunlar ölkəyə növbəti zərbələr endirmək üçün sadəcə bir bəhanədir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi İsmayıl Bəqayi bildirib.
Daha əvvəl Tramp Birləşmiş Ştatların İranın guya Nətənz yaxınlığında yerləşən yeni nüvə obyektinə zərbə endirmək niyyətində olduğunu bəyan etmişdi.
"İranın nüvə fəaliyyəti zəmanətlərə uyğun olaraq MAQATE ilə tam razılaşdırılıb. Vaşinqtonun heç bir nüvə fəaliyyətinin həyata keçirilmədiyi Kolanq Qaz La dağına mütəmadi diqqət yetirməsi təcavüz, dağıntı və təxribat üçün uydurulmuş bəhanədən başqa bir şey deyildir", — deyə Bəqayi "X" sosial şəbəkəsində yazıb.
O vurğulayıb ki, ABŞ-nin hədələri "İranın elmi tərəqqisinə və texniki inkişafına qarşı dərin kök salmış düşmənçilikdən" xəbər verir, həmçinin MAQATE -iın baş direktoru Rafael Qrossini bu vəziyyətə reaksiya verməyə çağırıb.
Məryəm Quliyeva