10:34
371
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas gələn payızda Aİ ölkələrinə Rusiyaya qarşı müharibə başlayandan bəri "ən genişmiqyaslı" sanksiya siyahısını təqdim etməyi planlaşdırdığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kallas "Die Welt" qəzetinə müsahibəsində bildirib.
"Payızda müharibə başlayandan bəri ən böyük sanksiya siyahısını təqdim edəcəyəm. Əgər qəbul edilərsə, sanksiya tətbiq edilən şəxslərin, müəssisələrin və təşkilatların sayı birbaşa üçdə bir qədər artacaq", — deyib.
O, həmçinin bu yaxınlarda vəfat etmiş senatör Lindsi Qremin ABŞ Konqresinin Senatında razılaşdırılmış müvafiq qanun layihəsinə istinad edərək, Aİ və ABŞ-nin Rusiyaya qarşı sanksiya siyasətindəki mövqələrinin yaxınlaşacağına ümid etdiyini bildirib.
Aİ Rusiyaya qarşı sonuncu — 21-ci sanksiyalar paketini iyul ayında qəbul edib. Yeni sanksiyalar paketi qüvvəyə mindikdən sonra Aİ-nin Rusiya üzrə "qara siyahısı" 3,1 min fiziki və hüquqi şəxsə çatıb ki, bu da Avropa İttifaqının sanksiya təcrübəsində mütləq rekorddur.
Məryəm Quliyeva