Ukrayna Belqoroda raket zərbəsi endirib, 6 nəfər ölüb Dünya

Ukrayna Belqoroda raket zərbəsi endirib, 6 nəfər ölüb

Ukrayna ordusu Belqorod vilayətinə raket zərbəsi endirib.

“İnterfaks”ın məlumatına görə, bu barədə bölgənin qubernatoru vəzifəsini icra edən Aleksandr Şuvayev bildirib.

Valuyski rayonunun Koloskovo kəndinə hücum nəticəsində 6 nəfər ölüb, daha 4 nəfər yaralanıb.

Yaralılardan ikisinə hadisə yerində tibbi yardım göstərilib, daha iki nəfər isə xəstəxanaya yerləşdirilib.