10:34
413
Təbriz-İrəvan aviareysləri iki illik fasilədən sonra bərpa olunur.
Bu barədə Şərqi Azərbaycan Hava Limanlarının baş direktoru Məhəmməd Əli Nael Qaramalki “Fars News”a açıqlamasında bildirib.
Onun sözlərinə görə, Təbriz-İrəvan marşrutu üzrə həftəlik uçuşlar Təbrizin “Şəhid Mədəni” Beynəlxalq Hava Limanından həyata keçiriləcək.
Uçuşları “Pouya Airlines” aviaşirkəti həftədə iki dəfə – bazar ertəsi və cümə axşamı günləri yerinə yetirəcək.
İlk uçuş avqustun 20-də saat 09:00-da Təbrizdən İrəvana həyata keçiriləcək.