DSX-nin şəhid hərbi qulluqçuları “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Dövlət əmlakının xüsusi mülkiyyətdə olan əmlakla dəyişdirilməsi qaydası müəyyənləşəcək
Prezident İlham Əliyev DSX-nin bir qrup hərbi qulluqçusunu təltif edib
DSX-nin bir qrup hərbi qulluqçusuna ali hərbi rütbələr verilib - SƏRƏNCAM
“Türkiyə öz gələcəyini yalnız Aİ üzvlüyü perspektivi ilə əlaqələndirmir”
11:25
336
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu ilin yanvar-iyul aylarında 1 milyon 68 min şəxsə 1 milyard 314 milyon manat müavinət və Prezidentin aylıq təqaüdü ödənilib.
Bu barədə ƏƏSMN-dən məlumat verilib.
Bildirilib ki, onlardan 505 min nəfərə müavinət olaraq 738 milyon manat, 405 min nəfərə Prezident təqaüdü olaraq 474 milyon manat, 158 min nəfərə sosial sığorta hesabına müavinət olaraq 102 milyon manat ödəniş həyata keçirilib: "Ödənilən vəsait ötən ilin müvafiq dövrünə nisbətən müavinətlər üzrə 13 faiz, təqaüdlər üzrə 14 faiz, sosial sığorta hesabına müavinətlər üzrə 8 faiz çox olub".
Qeyd edilib ki, bu ilin 7 ayında daha 86 min, sosial ödənişlərin elektron təyinatına başlandığı 2019-cu ildən isə 966 min müavinət və təqaüd təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
11:29
350
10:36
413
10:34
399