11:17
336
Beynəlxalq münasibətlər kontekstində ölkələrin öz gələcəklərinə olan ümidləri artıq müttəfiqliklər qırmaqdan keçir. Bu, yeni dünyanın reallığı olacaq. Coğrafi amillərdən əsasən asılı olan bu reallıq bəzi dövlətlərin köməyinə gəlsə də, bir çox dövlətlərin bu kimi imkanları məhdud haldadır.
Bunu xalqcebhesi.az-a ƏHD Partiyasının ictimai-siyasi əlaqələr üzrə katibi Azər Qasımov deyib.
"Artıq hamı bir reallığı özü üçün aydınlaşdırıb ki, tək qalacaqsa mütləq hansısa böyük gücün nəzarətinə, hətta işğalına məruz qalacaq. Böyük güclər isə bir-birinin təsir dairəsinə girməyə risk etmirlər.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, yaradılmış müttəfiqliklər əslində üzv ölkələrin zəif və güclü olmasından asılı olmayaraq həmin dövləti də beynəlxalq arenada güclü etməklə yanaşı, eyni zamanda, onun da əhəmiyyətini artırır. Həmin ölkə də özünü güclü hiss edir. Bu baxımdan regional səviyyədə belə zəif olan ölkə bu müttəfiqliklə regional, hətta beynəlxalq gücə çevrilir.
Bu müttəfiqliklərin bir-biri ilə toqquşması və ya qarşıdurma meylləri gələcəkdə müəyyən təhlükələr vəd etsə də, bu, hansısa dövlətin təsir dairəsinə düşməkdən daha yaxşı haldır. Hesab edirəm ki, yeni dünya düzəni müttəfiqliklər üzərində qurulacaq" - o, vurğulayıb.
Cavid